Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldu futbol agentinin həyatından bəhs edən yeni dram serialında rol alacaq.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, məşhur futbolçu layihədə təkcə aktyor kimi deyil, həm də icraçı prodüser kimi fəaliyyət göstərəcək.
Xarici KİV-in məlumatına əsasən, “Day 1s” adlanacaq serialın əsas obrazı – uydurma futbol agenti Stenli Daltonu “Vətən” (“Homeland”) və “Milyardlar” (“Billions”) serialları ilə tanınan britaniyalı aktyor Damian Lyuis canlandıracaq.
Bildirilib ki, serialın ssenarisi futbol agenti Darren Deynin ideyası əsasında hazırlanıb. Layihənin dram və komediya janrlarını özündə birləşdirəcəyi, həmçinin iri yayım platformalarının diqqətini cəlb etdiyi qeyd olunur.
