By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Reading: İlkin Şakiroğlu yazır: Bakıya niyə məhkumuq?
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Hesabınız var? Daxil ol
İzlə
© 2026 ilkinxeber.az
İLKİNXƏBƏR.AZ > Blog > Marağlı > İlkin Şakiroğlu yazır: Bakıya niyə məhkumuq?
Marağlı

İlkin Şakiroğlu yazır: Bakıya niyə məhkumuq?

Lamiyə Turqay
Last updated: Sentyabr 18, 2026 2:14 axşam
By Lamiyə Turqay
2 Min Read
Share
SHARE

Bakı yaşanmalı şəhər statusunu çoxdan itirib. Lakin biz əl çəkmirik. Daha doğrusu, əl çəkməyə imkanımız yoxdur.
Çünki dolanışığımız buradadır. İş buradadır, qazanc buradadır, ailənin gündəlik ehtiyaclarını qarşılamaq üçün lazım olan imkanların böyük hissəsi bu şəhərdə cəmlənib. İnsan narazıdır, yorulub, tıxacdan bezib, bahalıqdan əziyyət çəkir, amma yenə də səhər Bakının küçələrinə çıxır. Çünki başqa yolu yoxdur.
Rayonlara baxanda vəziyyət daha aydın görünür. Orada həyat davam edir, insanlar yaşayır, torpaq var, ev var, doğma kənd var. Amma iş imkanları məhduddur. Gənc insan ali məktəbi bitirəndən sonra öz rayonunda hansı işə düzələcəyini düşünür. Ailə qurmaq, ev saxlamaq, uşağı böyütmək üçün sabit gəlir lazımdır. Bu gəliri tapmaq üçün isə çoxlarının yolu yenə Bakıya düşür.
Beləcə şəhər insanları özünə çəkir.
Bakıya gələnlərin hamısı bu şəhəri sevdiyi üçün gəlmir. Kimisi kəndini, kimisi rayonunu, kimisi ata evini qoyub gəlir. Bir çanta götürüb şəhərə gəlir və burada özünə həyat qurmağa çalışır. Sonra illər keçir, insan artıq geri qayıtmaq istəsə də qayıda bilmir. Çünki orada işi yoxdur.
Əslində Bakının ən böyük yükü də budur. Şəhər təkcə öz əhalisini daşımır. Ölkənin müxtəlif bölgələrində iş və gəlir imkanlarının məhdud olması Bakının üzərinə əlavə yük qoyur.
Nəticədə şəhər sıxlaşır, yollar dolur, mənzil qiymətləri artır, kirayələr bahalaşır, nəqliyyat ağırlaşır. İnsan bir tərəfdən işləyib pul qazanır, digər tərəfdən qazandığının böyük hissəsini şəhərdə yaşamağa xərcləyir.
Bu, qəribə bir dövrədir. İnsan Bakıya dolanışıq üçün gəlir, sonra Bakıda yaşamağın xərcləri onun qazancını aparır.
Ona görə “Bakı niyə bu qədər sıxdır?” sualının cavabı yalnız Bakının özündə axtarılmamalıdır. Ölkənin digər bölgələrində iş yerləri, istehsal, xidmət sahələri və normal qazanc imkanları artmadıqca insanların paytaxta axını da dayanmayacaq.
Biz Bakıdan əl çəkmirik, çünki çoxumuz buna məhkumuq.
Əgər rayonlarda insan öz zəhməti ilə normal dolana bilsə, doğulduğu yerdə iş tapa bilsə, ailəsini orada saxlaya bilsə, Bakı da bir az nəfəs ala bilər.
Məsələ insanları Bakıya gətirməmək deyil. Məsələ insanı Bakıya gəlməyə məcbur etməməkdir.

Şərif Ağayar yazır: Salam Sarvanın 60 yaşına
Fəxrəddin Salimin Divan’ı haqqında
Çimərliklərdə boğulmalar niyə artır? Faciələrin görünməyən səbəbləri
Sarımsağın faydaları və ziyanları
Əlizadə Sərdaroğlu – Şeirlər
Share This Article
Facebook Email Print
Previous Article Dərbənddə Azərbaycan Teatrına Müslüm Maqomayevin adı verilib
Next Article Bakıda 26 avtobus marşrutunun sxemi dəyişir
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Xəbər Lenti

Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib
Hadisə
Azərbaycanda maliyyə nazirinə yeni müavin təyin edilib
Ölkə
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Dünya
İlham Əliyev FİFA U15 Dünya Çempionatının finalını izləyir
İdman
Cəlilabadda zəncirvari yol qəzası: Xəsarət alanlar var
Hadisə
Prezident kənd təsərrüfatı sahəsində fərqlənən şəxsləri təltif etdi
Ölkə
Bakı–Balakən–Bakı qatarlarının hərəkəti bərpa edilir
Ölkə
Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edilib
Ölkə
Türkiyədə Azərbaycana qarşı yeni ittihamlar səsləndirilib
Dünya
Azərbaycan qazı 16 ölkəyə ixrac olunur – Əli Əsədov
Dünya
Bakıda 111 ev sökülüb: Yeni dəmir yolu xətti üzrə 4 stansiya tikiləcək
Ölkə
Salyanda məktəb binasına “Molotov kokteyli” atan şəxslər həbs olunub
Hadisə
Vüqar Əhmədov iqtisadiyyat nazirinə müşavir təyin olunub
Ölkə
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb
Ölkə
Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü həbs edilib
Hadisə
//

İlkinxeber.az – 2026-cı ildə təsis olunub, Azərbaycanda və Dünyada baş verən hadisələr barədə operativ məlumat verir.

Təsisçi – İlkin Şakiroğlu

© 2026 İlkinxeber.az-Bütün hüqüqlar qorunur Adı: İLKİN MEHTİYEV ŞAKİR oğlu VÖEN: 8301105282 Məsul redaktor - LAMİYƏ HƏSƏNOVA MƏHƏMMƏD qızı Domen adının sahibi - HAMİD BABAŞOV İBRAHİM OĞLU Ünvan: Cəlilabad rayon, Heydər Əliyev prospekti 321B
Welcome Back!

Sign in to your account

İstifadəçi adı və ya Email
Parol

Parolu unutmusuz?