By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Reading: Şərif Ağayar yazır: Salam Sarvanın 60 yaşına
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Hesabınız var? Daxil ol
İzlə
© 2026 ilkinxeber.az
İLKİNXƏBƏR.AZ > Blog > Marağlı > Şərif Ağayar yazır: Salam Sarvanın 60 yaşına
Marağlı

Şərif Ağayar yazır: Salam Sarvanın 60 yaşına

Lamiyə Turqay
Last updated: Avqust 12, 2026 5:24 axşam
By Lamiyə Turqay
4 Min Read
Share
SHARE

Yaxşı əsərin bir sepesifik cəhəti var: sən onu oxuyub bitirəndə, artıq oxumağa başladığın adam olmursan, nəsə dəyişir, nəsə yenilənir.

Böyük müəlliflər də belədir. Onlarla nəsə dəyişir, nəsə yenilənir və artıq ədəbiyyat əvvəlki ədəbiyyat olmur.

Bu gün belə müəlliflərdən birinin – Salam Sarvanın 60 yaşı tamam olur.

Mən Salamı ciddi-ciddi oxuyandan, daha doğrusu canıma çəkəndən sonra iki-üç il sözün arxasınca addım ata bilmədim.

Səntirlədim, büdrədim, müvazinətimi itirdim…

Uzun müddət şeir yazmadım!

Bir müddət sonra isə gəncliyi 90-cı illərə düşən bir çox qələm adamı kimi Salamı imitasiya eləməyə başladım.

Amma tez ayıldım, gördüm bu, iş deyil və xilas üçün üzümü Füzuliyə tutdum.

O da lap qəddarmış!

Salamdan sonra şeir yazmadımsa, Füzulidən sonra ümumiyyətlə əlimə qələm götürmədim.

Uzun fasilədən sonra isə şeirlə biryolluq vidalaşdım.

90-cı illərdə yazmağa başlayan şairlər əsasən üç yerə ayrılırlar:

1. Salamın döşündə dayana bilməyib yazmağın daşını atanlar;

2. Salamın döşündə onu imitasiya etmək bahasına dayananlar;

3. Salama dəyib özünə gələnlər və öz yolunu tapanlar.

Təəssüf, sonuncular çox azdır və əslində belə də olmalıdır. Çünki əsl yaradıcılıq iddialardan, qovğalardan, davalardan özünə çıxmaqdır.

Salam bir ölçü, bir meyar yaratdı, hətt özü də bir ölçüyə, bir meyara çevrildi. İyirmi ilə yaxın Azərbaycan poeziyası “onun gömrüyü”ndən keçdi.

Tələblər çox yüksək idi, rüşvət-tapşırıq işləmirdi, ona görə, bu üzə barmaq sayı adam adlayırdı və o xaotik dövr Salamın hesabına durulur, təmizlənir, daşlar yerinə otururdu.

Salamın sayəsində istedadsız bozluq daha aydın seçilir, ədəbiyyata bankomat kimi baxan dələduzlar daha rahat ifşa olunurdu.

Salamın ağlagəlməz həddə sıxdığı qaykalar sarvat olmuş şairləri gülməli bir boşluqda saxlayırdı və istedadlı gənclərdə ədəbiyyatın möhtəşəmliyinə, yenilməzliyinə, əlçatmazlığına böyük inam yaradırdı.

Salam Azərbaycanın müstəqilliyinə Tanrının şeir hədiyyəsi idi.

Yubanmadan gəldi, ayaqlara düşən, düşürülən şeirimizi Füzuli ucalığına qaytardı.

Özü də çox qısa zamanda ədəbiyyatda təmənnasızlığın, səmimiliyin, dürüstlüyün rəmzinə çevrildi.

Onu qucaqlayanda həmişə həyəcanlanıram. Elə bilirəm bədənindən sızıltı eşidəcəm. Axı mən bu sızıltının mövcudluğuna adım kimi əminəm. O şeirlərin, özü demiş, canından necə yonulub çıxdığını bilirəm.

Adamların kənardan Salama həsədlə baxmasını anlayıram, lakin həm də vəziyyət mənə gülməli gəlir; onlar gerçək ədəbiyyatın bəri üzündəki uğuru görürlər, o üzündəki ağrıları, məhrumiyyətləri görmürlər.

Tərəzinin bir tayına yaxşı şeiri qoy, o biri tayına həqiqi bir şairin iztirablarını – heç kim yiyə durmaz!

Salamdan başqa!

Salam kimilərdən başqa!

Özü bu məqamı çox gözəl ifadə edir: “Şairlik mənim başıma qəza kimi gəldi…”

Salamın hansı ədəbiyyat ağrıları ilə yaşadığını görəndə indi də sarsılıram. Otuz ildir eyni sarsıntını hər dəfə təzədən yaşayıram.

Nə qədər qəribə səslənsə də, xəstələnməyini ona Tanrının lütfü sayıram. Daha ağır sınağa saldı və ölümün eşiyindən qaytardı ki, sakitləşsin, dincəlsin, rahatlıq tapsın. Ata qayıqda narahatlıq yaşayan oğlunu dənizə atıb təzədən çıxartdığı kimi…

İndi Salam zülmə, istibdada boyun əymiş mazut qoxulu vətən gölməçəsində üzən söz qayığının küncündə sakitcə büzüşərək oturub.

Üşüyür, donur, amma nə tərpənir, nə də rahatlığını pozur.

O indi bir vaxtlar söz kimi yazdığı “darıxma, düzəlməyəcək” misrasının gerçəkliyini yaşayır.

Yaşamaq və yazmaq isə elə bir duyğudur ki, sən ondan Azərbaycan kimi dəlixanada da əl çəkə bilmirsən.

Salamla bu qədər çətindirsə, Salamsız lap dözülməz olardı!

Nə yaxşı var, nə yaxşı bizimlədir…

İlkin Şakiroğlu yazır: İtirdiklərimizin ağrısı
İlkin Şakiroğlu yazır: Bir nəslin susmayan sualı
Lamiyə Turqayın araşdırması: Pis vərdişlər və asılılıqlar: cəmiyyətin səssiz böhranı
İlkin Şakiroğlu yazır: Ən qiymətli sərvətimiz
İçməli su gələcəyin ən qiymətli sərvətinə çevrilir
Share This Article
Facebook Email Print
Previous Article Cəlilabadda zəncirvari qəza: 3 yaralı
Next Article Pensiyalar avqustun 14-də ödəniləcək
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Xəbər Lenti

Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib
Hadisə
Azərbaycanda maliyyə nazirinə yeni müavin təyin edilib
Ölkə
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Dünya
İlham Əliyev FİFA U15 Dünya Çempionatının finalını izləyir
İdman
Cəlilabadda zəncirvari yol qəzası: Xəsarət alanlar var
Hadisə
Prezident kənd təsərrüfatı sahəsində fərqlənən şəxsləri təltif etdi
Ölkə
Bakı–Balakən–Bakı qatarlarının hərəkəti bərpa edilir
Ölkə
Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edilib
Ölkə
Türkiyədə Azərbaycana qarşı yeni ittihamlar səsləndirilib
Dünya
Azərbaycan qazı 16 ölkəyə ixrac olunur – Əli Əsədov
Dünya
Bakıda 111 ev sökülüb: Yeni dəmir yolu xətti üzrə 4 stansiya tikiləcək
Ölkə
Salyanda məktəb binasına “Molotov kokteyli” atan şəxslər həbs olunub
Hadisə
Vüqar Əhmədov iqtisadiyyat nazirinə müşavir təyin olunub
Ölkə
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb
Ölkə
Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü həbs edilib
Hadisə
//

İlkinxeber.az – 2026-cı ildə təsis olunub, Azərbaycanda və Dünyada baş verən hadisələr barədə operativ məlumat verir.

Təsisçi – İlkin Şakiroğlu

© 2026 İlkinxeber.az-Bütün hüqüqlar qorunur Adı: İLKİN MEHTİYEV ŞAKİR oğlu VÖEN: 8301105282 Məsul redaktor - LAMİYƏ HƏSƏNOVA MƏHƏMMƏD qızı Domen adının sahibi - HAMİD BABAŞOV İBRAHİM OĞLU Ünvan: Cəlilabad rayon, Heydər Əliyev prospekti 321B
Welcome Back!

Sign in to your account

İstifadəçi adı və ya Email
Parol

Parolu unutmusuz?