İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, 2027-ci il yanvarın 1-dən qeyri-neft-qaz sektorunun özəl bölməsində çalışan fiziki şəxslərin gəlir vergisi üzrə yeni dərəcələr tətbiq olunacaq.
Dəyişikliyə əsasən, aylıq vergitutulan gəliri 2500 manatadək olan şəxslər 5 faiz dərəcəsi ilə gəlir vergisi ödəyəcəklər.
Aylıq gəliri 2500 manatdan 8000 manatadək olan şəxslər üçün vergi 125 manat + 2500 manatdan artıq olan məbləğin 10 faizi əsasında hesablanacaq.
8000 manatdan çox aylıq gəlir əldə edən şəxslər isə 675 manat + 8000 manatdan artıq olan məbləğin 14 faizi həcmində gəlir vergisi ödəyəcəklər.
Qeyd edək ki, aylıq gəliri 2500 manatadək olan işçilər üçün 200 manatlıq gəlir vergisi güzəşti qüvvədə qalır.
Yanvardan maaşlara tətbiq olunan gəlir vergisi dəyişir
Şərh edilməmiş
