ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, sentyabrın 15-də Azərbaycanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Gecə saatlarında bəzi yerlərdə zəif duman müşahidə edilə bilər. Cənub-şərq küləyi əsəcək.
Paytaxt və Abşeron yarımadasında havanın temperaturu gecə 19-22, gündüz 27-32 dərəcə isti olacaq.
Bölgələrdə də havanın əsasən yağmursuz keçəcəyi bildirilir. Gün ərzində bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı və şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında dağlıq ərazilərdə duman müşahidə ediləcək. Şərq küləyi əsəcək.
Rayonlarda havanın temperaturu gecə 17-20, gündüz 30-34 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə 12-17, gündüz isə 22-27 dərəcə isti proqnozlaşdırılır.
Qeyd edək ki, sentyabrın 15-də Azərbaycanda Bilik Günü qeyd olunur.
