İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov tutduğu vəzifədən azad olunub.
Məlumata görə, bu barədə qərar Maliyyə Nazirliyinin apardığı yoxlamalardan sonra qəbul edilib.
Qeyd edək ki, Leysan Məmmədov 2025-ci ilin yanvarında sözügedən vəzifəyə təyin olunmuşdu. O, bundan əvvəl Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini və Minatəmizləmə Agentliyinin aparat rəhbəri vəzifələrində çalışıb.
