ilkinxeber.az informasiya agentliyi News.am-a istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan jurnalistlərə açıqlamasında deyib.
Simonyanın sözlərinə görə, Azərbaycan tərəfi sülh prosesini dərinləşdirmək istiqamətində praktiki addımları davam etdirmək niyyətindədir.
“Görürəm ki, Azərbaycan tərəfi sülhlə bağlı bütün səyləri göstərir və göstərməyə davam edəcək”, – deyə Simonyan bildirib.
Azərbaycana mümkün səfəri ilə bağlı suala cavab verən Ermənistan rəsmisi belə bir səfəri istisna etməyib.
O xatırladıb ki, daha əvvəl Dilicanda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev arasında görüş keçirilib.
“Belə bir səfəri mənim də edəcəyimi istisna etmirəm. Bununla bağlı konkret tarix və detal isə verə bilmərəm”, – deyə Simonyan qeyd edib.
A.Simonyan bildirib ki, daha bir görüşün keçirilməsi barədə razılıq əldə olunub. Görüşün dəqiq tarixi isə hələ müəyyənləşdirilməyib.
