Kənd təsərrüfatı naziri Məcnun Məmmədova yeni müşavir təyin olunub.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, nazirin müvafiq Əmri ilə Ayaz Museyibov Kənd Təsərrüfatı Nazirliyində müşavir vəzifəsinə təyin edilib.
Nazirlikdən təyinatı təsdiqləyiblər.
Ayaz Museyibov 2015-2019-cu illərdə Azərbaycan Mərkəzi Bankında və Maliyyə Bazarlarına Nəzarət Palatasında müxtəlif vəzifələrdə çalışıb. 2019-2022-ci illərdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində maliyyə analitiki, daha sonra departament rəhbəri vəzifəsində fəaliyyət göstərib.
O, 2022-2023-cü illərdə İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlil və Monitorinq Şöbəsinin rəisi olub.
2023-2024-cü illərdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində icraçı direktorun müşaviri, 2024-2026-cı illərdə isə icraçı direktorun müavini vəzifəsində çalışıb.
Ayaz Museyibov son təyinatına qədər Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində rəis müavini vəzifəsini tutub.
Qeyd edək ki, Məcnun Məmmədov ötən gün Ramil Əzməmmədovu da özünə müşavir təyin edib.
