İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Şəki şəhərində dörd nəfər çaqqalın hücumuna məruz qalıb.
Hadisə bu gün səhər saatlarında M.Ə.Rəsulzadə prospektində qeydə alınıb.
Çaqqal 71 yaşlı Oktay Əliyev, 71 yaşlı Töhvə Məmmədova, 61 yaşlı Reyhanə Muxtarova və 36 yaşlı Sənan Əmirlini dişləyib.
Xəsarət alan şəxslər Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların müalicəsi hazırda davam etdirilir.
Şəkidə 4 nəfəri küçədə çaqqal dişləyib
Şərh edilməmiş
