İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraitinin avqustun 14-dək davam edəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, qarşıdakı günlərdə bölgələrdə fasilələrlə yağış yağacağı, bəzi ərazilərdə isə yağıntıların leysan xarakterli və intensiv olacağı ehtimal olunur.
Həmçinin ayrı-ayrı yerlərdə şimşək çaxacağı və dolu düşəcəyi bildirilir. Dağlıq və dağətəyi rayonlarda yağıntıların daha da güclənəcəyi gözlənilir.
Sakinlərə, xüsusilə dağlıq və dağətəyi ərazilərdə yaşayan və ya səfər edən şəxslərə hava şəraitinin dəyişkən olacağını nəzərə almaları tövsiyə olunur.
