İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, “Xankəndi” futbol klubu bu ildən etibarən ev oyunlarını doğma şəhərində keçirməyə hazırlaşır.
Hazırda Xankəndi şəhər stadionunda təmir və hazırlıq işləri davam etdirilir. Klubun yaydığı məlumata əsasən, işlərin sentyabrın sonunadək yekunlaşdırılması planlaşdırılır.
Təmir başa çatdıqdan sonra stadionun rəsmi açılış mərasiminin keçirilməsi nəzərdə tutulur. “Xankəndi”nin ilk ev oyununu nə vaxt keçirəcəyi isə açılış mərasiminin qrafikinə uyğun olaraq müəyyənləşdiriləcək.
Beləliklə, klubun yaxın həftələrdə doğma şəhərində ilk ev oyununa çıxması gözlənilir.
“Xankəndi” doğma şəhərində oynayacaq
Şərh edilməmiş
