İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ hökumətinin təşkil etdiyi “Sülh yolu ilə rifah: Transxəzər Ticarət Marşrutu və TRIPP-yə investisiya” adlı tədbirdə çıxış edib.
Nazir çıxışı zamanı Azərbaycanın iqtisadi inkişafı, dayanıqlı təchizat zəncirlərinin formalaşdırılması və yeni investisiya imkanlarının yaradılması baxımından regional bağlantılılığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Ceyhun Bayramov TRIPP layihəsinin Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında maneəsiz çoxmodlu bağlantı yaradacağını, regional nəqliyyat əlaqələrinin genişlənməsinə və davamlı sülhün möhkəmlənməsinə töhfə verəcəyini bildirib.
XİN rəhbəri layihənin reallaşdırılması istiqamətində ABŞ-ın səylərini yüksək qiymətləndirərək təşəkkürünü ifadə edib. O, həmçinin TRIPP-in regionda enerji bağlantılarının və şaxələndirmənin inkişafına mühüm töhfə vermək potensialına diqqət çəkib.
