İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Bakının Xətai rayonunda 17 mərtəbəli binanın eyvanından yıxılan 22 yaşlı gənc 40 gün sonra dünyasını dəyişib.
Hadisə avqustun 12-də baş verib. Ömər Qarayev yaşadığı binanın 3-cü mərtəbəsində yerləşən mənzilin eyvanından yıxılaraq ağır xəsarətlər alıb.
O, hadisədən sonra xəstəxanaya yerləşdirilib və 40 gün ərzində müalicə olunub. Həkimlərin göstərdiyi tibbi yardıma baxmayaraq, gənc sentyabrın 23-də vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Bakıda binadan yıxılan 22 yaşlı gənc 40 gün sonra vəfat edib
Şərh edilməmiş
