İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, İspaniyanın Madriddə yerləşən “MCH Private Equity” investisiya şirkəti Azərbaycanda qida, yüngül sənaye və təbii ehtiyatlar sahəsində investisiya imkanlarını araşdırır.
Şirkətin qurucusu və baş tərəfdaşı Jose Maria Munoz bu barədə Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində açıqlama verib.
Onun sözlərinə görə, şirkət portfelindəki müəssisələrin Azərbaycandakı imkanları araşdırmasına və yerli tərəfdaşlarla əməkdaşlıq edərək fəaliyyətlərini regionda genişləndirməsinə çalışır.
Munoz bildirib ki, əsas maraq istiqamətlərindən biri qida və qida texnologiyalarıdır. Şirkət Azərbaycanda bu sahənin əhəmiyyətli potensiala malik olduğunu düşünür.
Bundan əlavə, yüngül sənaye və texnologiya yönümlü layihələr, eləcə də təbii ehtiyatların kəşfiyyatı şirkətin diqqətindədir.
İspaniyalı nümayəndə qeyd edib ki, investisiya maraqları Azərbaycanın konkret bir bölgəsi ilə məhdudlaşmır. Şirkət ümumilikdə Azərbaycanın investisiya mühitini, daha geniş çərçivədə isə Mərkəzi Asiya regionunu perspektivli hesab edir.
İspaniya şirkəti Azərbaycanda 3 sahəyə investisiya imkanlarını araşdırır
Şərh edilməmiş
