İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Kürdəmir rayonunun Şıxımlı kəndində ildırım vurması nəticəsində daha bir nəfər həyatını itirib.
Hadisə sentyabrın 29-da axşam saatlarında baş verib. Kənd sakini, 1975-ci il təvəllüdlü Baba Habil oğlu Calalovu ildırım vurub.
Ağır xəsarət alan B.Calalov hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, eyni kənddə ildırım vurması nəticəsində daha bir şəxsin həyatını itirməsi barədə də məlumat yayılıb.
