İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Səudiyyə Ərəbistanının Məkkə şəhərində, müsəlmanların müqəddəs məkanı Kəbədə terror hücumu cəhdinin qarşısı alınıb.
Məlumata görə, şəxs Kəbənin daxilində üzərindəki partlayıcı qurğunu işə salaraq özünü partlatmağa cəhd edib. Lakin partlayıcı qurğu işə düşməyib və həmin şəxs saxlanılıb.
Hadisə nəticəsində partlayış baş verməyib. Saxlanılan şəxsin kimliyi və hadisənin motivləri barədə hələlik əlavə məlumat açıqlanmayıb.
