Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində “ŞƏT plyus” formatında görüş keçirilir.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev görüşdə iştirak etmək üçün Bişkekdə yerləşən “Irıs Ordo” Konqres Mərkəzinə gəlib.
Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Prezidentini və digər dövlət və hökumət başçılarını qarşılayıb.
Daha sonra “ŞƏT plyus” formatında görüşün iştirakçıları birgə foto çəkdiriblər.
