İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Rusiyanın Rostov şəhərində 12 azərbaycanlı dənizçinin olduğu “Consul” adlı gəmi təxminən 4 aydır limanda çıxılmaz vəziyyətdə qalıb.
Dənizçilərin sözlərinə görə, ərazidə gəmilərə qarşı davam edən dron hücumları onların gəmini tərk etməsinə imkan vermir. Onlar təhlükəsizliklərinin ciddi risk altında olduğunu bildiriblər.
