İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Günəşdə baş verən aktivlik Yer kürəsində maqnit qasırğasına səbəb ola bilər.
Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının məlumatına görə, cümə günü Yer kürəsində G1-G2 səviyyəli maqnit qasırğasının baş verməsi gözlənilir.
Mütəxəssislərin hesablamalarına əsasən, Günəşdən ayrılan plazma buludunun Yerə çatması təxminən üç gün çəkəcək. Maqnit qasırğasının 10-12 saat davam edə biləcəyi bildirilir.
Alimlərin sözlərinə görə, Günəşdə aktiv bölgələrin artımı hazırda dayanıb və müşahidə olunan partlayışların gücü azalıb. Daha əvvəl Günəşdə M sinfinə aid iki partlayış qeydə alınıb və nəticədə Yer istiqamətində böyük plazma buludları hərəkətə keçib.
Mütəxəssislər oktyabr ayında qeyri-adi yüksək Günəş aktivliyinin gözlənilmədiyini, lakin ayın sonlarında güclü geomaqnit qasırğasının baş verə biləcəyini bildirirlər.
