İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, büdcədənkənar vəsaitlər hesabına dövlət büdcəsindən maliyyələşən təşkilatlarda verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədlərinin tətbiq müddəti dəyişdirilib.
Məlumata görə, Prezident İlham Əliyevin imzaladığı Fərmanla müvafiq sənədə dəyişiklik edilib. Dəyişikliyə əsasən, sözügedən yuxarı hədlər sentyabrın 1-dən deyil, 10 oktyabrdan tətbiq olunacaq.
Müəyyən edilən yuxarı hədlərə əsasən, büdcədənkənar vəsaitlər hesabına vəzifə maaşına əlavələr təqvim ayı ərzində hər bir işçiyə münasibətdə onun aylıq vəzifə maaşının 1 mislinədək verilə bilər.
Mükafat və digər ödənişlərin məbləği isə təqvim ili ərzində illik əməkhaqqı fondunun 20 faizini keçməməlidir.
