“Azərbaycan Dəmir Yolları” QSC Bakı Metropolitenində xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlərin rahat hərəkətini təmin etmək məqsədilə alternativ marşrutlar təklif edib.
“ilkinxeber.az” informasiya agentliyi xəbər verir ki, sərnişinlər “Dərnəgül” dəmiryol dayanacağından istifadə etməklə “28 May” istiqamətinə qatarla birbaşa gedə bilərlər. Bu marşrut üzrə səfər cəmi 11 dəqiqə çəkir.
Həmçinin Xırdalan və Biləcəri istiqamətindən qatarla “Dərnəgül” dayanacağına gələn sərnişinlər buradan “Dərnəgül” metro stansiyasına keçid edə bilərlər.
Bu marşrutdan istifadə etməklə sərnişinlər “yaşıl xətt” üzrə hərəkətlərini davam etdirərək “20 Yanvar”, “İnşaatçılar” və tələbə axınının yüksək olduğu “Elmlər Akademiyası” stansiyalarına gedə bilərlər.
ADY bildirib ki, qatarların hərəkət cədvəli qurumun rəsmi saytında və “ADY Mobile” tətbiqində təqdim olunu
