İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Qara dənizdə pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalan gəmilərdən birində Azərbaycan vətəndaşları da olub.
Bolqarıstanın Baş naziri Rumen Radevin açıqlamasına görə, Qara dənizdə iki gəmiyə PUA-larla hücum edilib, onlardan biri batıb.
Malta bayrağı altında üzən “Chelsea 3” gəmisi Bolqarıstanın Byala şəhərindən 18 dəniz mili şərqdə üç pilotsuz uçuş aparatının hücumuna məruz qalıb.
Gəminin heyətində 8 Azərbaycan və 7 Ukrayna vətəndaşı olmaqla, ümumilikdə 15 nəfər olub. Heyətin bütün üzvləri xilas edilib. Hadisə nəticəsində beş nəfərin yüngül xəsarət aldığı bildirilir.
