İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Niderlandın xarici işlər naziri Tom Berendsen oktyabrın 26-da Azərbaycana rəsmi səfər edəcək.
Bu barədə Azərbaycanın Niderlanddakı səfirliyinin “X” sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Niderland və Azərbaycan arasında ikitərəfli əlaqələrin inkişafı, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi nəzərdə tutulur. Bu məqsədlə müvafiq dövlət qurumlarının nümayəndələri və digər tərəfdaşlarla görüşlər keçiriləcək.
