İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Azərbaycan Mətbuat Şurası Türkiyənin bəzi media orqanlarında ölkəmizlə bağlı yayılan məlumatların qərəzli və təhrif olunmuş xarakter daşımasından narahatlığını ifadə edib.
Bəyanatda Azərbaycanda vahid məktəbli geyimi ilə bağlı qərarın yanlış təqdim olunduğu və guya “hicab qadağası” tətbiq edildiyinə dair əsassız iddiaların yayıldığı bildirilib.
Şura bəzi media qurumlarının Azərbaycanın daxili məsələlərini siyasiləşdirdiyini, təsdiqlənməmiş məlumatları isə fakt kimi təqdim etdiyini vurğulayıb.
Türkiyə mediası məlumatları dərc etməzdən əvvəl onların doğruluğunu yoxlamağa, saxta xəbərləri təkzib etməyə və Azərbaycan-Türkiyə münasibətlərinə zərər vura biləcək kampaniyalardan çəkinməyə çağırılıb.
