İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, sifarişlə qəsdən adam öldürməni təşkil etməkdə şübhəli bilinən və beynəlxalq axtarışa verilən Ruslan Əsgərov Moldovadan Azərbaycana ekstradisiya edilib.
Samux Rayon Prokurorluğunda ibtidai istintaqı aparılan cinayət işi üzrə 1981-ci il təvəllüdlü Əsgərov Ruslan Əli oğlunun sifarişlə qəsdən adam öldürməni təşkil etməsinə əsaslı şübhələr müəyyən edilib. Bununla əlaqədar onun təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul olunub.
İstintaqdan yayınaraq gizləndiyinə görə beynəlxalq axtarışa verilən R. Əsgərov Moldova Respublikasında saxlanılıb.
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə o, Azərbaycana gətirilib və barəsində müvafiq prosessual tədbirlər görülüb.
