İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Quba-Bakı yolunun Ekoloji Nəzarət Stasionar Postundan Sulutəpə istiqamətinə gedən hissəsində təmir-bərpa işləri ilə əlaqədar nəqliyyatın hərəkəti günün sonunadək müvəqqəti məhdudlaşdırılıb.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə alternativ marşrut kimi Xocəsən dairəsindən Sulutəpə istiqamətində hərəkət etməyi tövsiyə edib.
Sürücülərdən müvəqqəti yol nişanlarının tələblərinə əməl etmələri xahiş olunur. Ərazidə nəqliyyatın hərəkətinin tənzimlənməsi üçün DYP əməkdaşları tərəfindən müvafiq tədbirlər görülür.
