Məktəbdə şagirdlərin elektron siqaretdən istifadəsi ilə bağlı görüntülər yayılıb
ilkinxeber.az informasiya agentliyinə daxil olan görüntülər yeni tədris ilinin ilk günündə məktəblərdən birində çəkilib.
Kadrlarda məktəbli formasında olan şagirdlərin sinif otağında elektron siqaretdən istifadə etdiyi görünür. Şagirdlərdən birinin dərs zamanı sosial şəbəkədə canlı yayım açması da görüntülərdə əks olunub.
Videoda qız şagirdin uzun dırnaqları da diqqət çəkir. Daha ciddi narahatlıq doğuran məqam isə elektron siqaretdən istifadənin məhz dərs otağında və tədris ilinin ilk günündə baş verməsidir.
Məlumata görə, görüntülərin Bakı şəhərində yerləşən 138 nömrəli məktəbdə çəkildiyi şagirdlərin özləri tərəfindən də təsdiqlənib.
Məktəb mühitində elektron siqaretdən istifadənin qarşısının alınması, eləcə də dərs zamanı sosial şəbəkələrdə canlı yayımların aparılması təhsil müəssisələrində nəzarət və intizam məsələlərini yenidən gündəmə gətirib.
