Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Hakan Fidanın Azərbaycana səfəri iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Səfər çərçivəsində Azərbaycan və Türkiyənin xarici işlər nazirləri arasında Xarici İşlər Nazirliyində təkbətək görüş keçirilib.
Görüş zamanı Azərbaycan-Türkiyə münasibətlərinin gündəliyində duran məsələlərin, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq mövzuların müzakirə edildiyi bildirilir.
