Səfir Azərbaycan və Avstriya xalqları arasında mədəni əlaqələrin genişləndirilməsinin əhəmiyyətini də vurğulayıb. Onun sözlərinə görə, AZAL-ın Avstriyaya birbaşa uçuşları turizm əlaqələrinin və mədəni mübadilənin inkişafına şərait yaradır.
Berxtoldun açıqlamasına əsasən, cari ilin ilk altı ayında Azərbaycana təxminən 2 min Avstriya vətəndaşı səfər edib. Səfir gələcəkdə qarşılıqlı turist səfərlərinin sayının artırılmasının vacibliyini qeyd edib.
O, həmçinin Azərbaycanla tərəfdaşlığın gücləndirilməsini, yüksək səviyyəli görüşlərin genişləndirilməsini və yeni Avstriya şirkətlərinin Azərbaycan bazarına cəlb edilməsini əsas prioritetləri sırasında göstərib.
Avstriya Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyəcək
Şərh edilməmiş
