İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Bakının Nəsimi rayonunda, 28 May küçəsində “The Ritz-Carlton Baku” hotelinə qədər uzanan ərazidə yeni istirahət parkının salınması nəzərdə tutulub.
Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, təxminən 10 hektar ərazini əhatə edəcək parkda yeraltı avtomobil dayanacağı, idman və uşaq oyun meydançaları, tennis kortları, süni göllər, amfiteatr və velosiped yolları yaradılacaq.
Ərazidə yeni ağac və kollar əkiləcək, yaşıllıq sahələri salınacaq.
Layihəyə əsasən, Hüseyn Rəsulbəyov küçəsindəki avtomobil yolunun parkın şimal-qərb sərhədinə köçürülməsi və yerüstü piyada keçidinin inşası da planlaşdırılır.
