2022–2028-ci illər üçün Dövlət Proqramı çərçivəsində İngiltərənin Birmingem Universitetində “Səhiyyə siyasəti və idarəolunması” ixtisası üzrə təhsil alan Rzayev proqram birincisi olub. O, həmçinin “Yüksəliş” müsabiqəsinin finalçısıdır. 2018–2019-cu illərdə Almaniyanın RWTH Aachen Universitetində liderlik və təşkilati səmərəliliyin artırılması istiqamətində elmi araşdırmalar aparıb.
Peşəkar fəaliyyətinə gəlincə, Bahadur Rzayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində departament rəhbəri, daha sonra isə İdarə Heyəti sədrinin müşaviri vəzifələrində çalışıb. Bu müddətdə reabilitasiya xidmətlərinin təşkili, xidmət keyfiyyətinə nəzarət və idarəetmə sahələrində fəaliyyət göstərib.
O, səhiyyə menecmenti, tibbi xidmətlərin təşkili, rəqəmsal həllərin tətbiqi, keyfiyyət idarəçiliyi və strateji planlaşdırma istiqamətləri üzrə ixtisaslaşıb. Son təyinatından əvvəl isə TƏBİB-in İcraçı direktorunun müşaviri vəzifəsində çalışıb.
Bahadur Rzayevin səlahiyyətləri icra etməsi ilə bağlı qərar qurumun idarəetməsində yeni mərhələnin başlanğıcı kimi diqqət çəkir.
Bahadur Rzayev TƏBİB-in rəhbərinin səlahiyyətlərini icra edəcək
Şərh edilməmiş
