Moskvadan Naxçıvana uçan təyyarədə sərnişinin hərəkəti həyəcan siqnalını işə saldı
Rusiyanın Utair aviaşirkətinə məxsus təyyarədə uçuş zamanı sərnişinlərdən biri səhvən təyyarənin qapısını açmağa cəhd edib.
İLKİNxeber.az informasiya agentliyinin xarici KİV-ə istinadən məlumatına görə, hadisə Moskva ilə Naxçıvan reysi zamanı baş verib. Təyyarə Xəzər dənizi üzərindən uçarkən tualet axtaran qadın qapını dartmağa başlayıb və bu zaman həyəcan siqnalı işə düşüb.
Ekipajın operativ müdaxiləsi nəticəsində siqnal dayandırılıb və salonda təzyiq itkisi qeydə alınmayıb.
Bununla belə, təyyarə Naxçıvandakı əlverişsiz hava şəraiti səbəbindən nəzərdə tutulan hava limanına eniş edə bilməyib. Təyyarə Gəncə hava limanına yönləndirilib və orada eniş edib.
Uçuş zamanı sərnişinin səhvi həyəcan siqnalını işə saldı, təyyarə Gəncəyə eniş etdi
Şərh edilməmiş
