İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Hadisə Heydər Əliyev prospektində baş verib. “Lada Granta” markalı minik avtomobili yük maşınının yarımqoşqusuna çırpılıb.
Qəza zamanı xəsarət alan sürücü Bahəddin Nəcəfzadə xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
