Krivoy Roqda PUA hücumu ağır nəticələrə səbəb olub
Rusiya ordusunun Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində yerləşən iri ticarət kompleksinə PUA-larla hücumu nəticəsində ölənlərin və yaralananların sayı artıb.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, hücum nəticəsində ölənlərin sayı altıya, yaralananların sayı isə 91-ə çatıb.
Məlumata görə, zərbə nəticəsində ticarət kompleksində mağazalarda yanğın baş verib. Hadisə yerində xilasetmə və təcili tibbi yardım xidmətləri fəaliyyət göstərib.
Ukrayna tərəfinin məlumatına əsasən, hücum nəticəsində çoxlu sayda insan müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralıların bir qisminin xəstəxanalara yerləşdirildiyi bildirilir.
Hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
