Yaponiyada baş verən güclü zəlzələdən sonra ticarət mərkəzlərindən birində partlayış qeydə alınıb.
İlkin məlumata görə, hadisə nəticəsində ölənlərin olduğu bildirilir. Partlayışın səbəbi hələlik açıqlanmayıb, lakin ehtimal olunur ki, zəlzələnin yaratdığı dağıntılar qaz sızmasına və sonradan partlayışa səbəb olub.
Hadisə yerinə dərhal xilasedici qruplar və təcili tibbi yardım briqadaları cəlb edilib. Yaralıların sayı və vəziyyəti barədə dəqiq məlumat verilməsə də, axtarış-xilasetmə işləri davam edir.
Rəsmi qurumlar əhalini təhlükəli ərazilərdən uzaq durmağa çağırır. Hazırda hadisə ilə bağlı araşdırmalar aparılır.
İlkinxeber.az informasiya agentliyi məlumat verir.
