İLKİNxeber.az informasiya agentliyinin əldə etdiyi məlumata görə, hadisə şəhərin Q. Ə. Şıxlinski küçəsində qeydə alınıb.
Belə ki, 1997-ci il təvəllüdlü Ramazan Əliyevin əmisi, 1963-cü il təvəllüdlü Fazil Əliyevi qətlə yetirdiyi bildirilir.
Hadisə yerinə dərhal polis və prokurorluq əməkdaşları cəlb olunub. İlkin araşdırmalar zamanı tərəflər arasında mülk mübahisəsinin olduğu müəyyən edilib.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma başlanılıb.
Məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Fazil Əliyevi kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən 29 yaşlı Ramazan Əliyev saxlanılıb və istintaqa təhvil verilib.
Hadisənin bütün təfərrüatları araşdırılır.
