Bu gün Cəlilabad rayonunda kitabsevərlərin səbirsizliklə gözlədiyi kitab sərgisi başlayır. Heydər Əliyev adına seyrəngahda təşkil olunan sərgi üç gün davam edəcək və oxucuları zəngin kitab dünyası ilə görüşdürəcək.
Sərgidə Azərbaycanın tanınmış şair və yazıçılarının əsərləri ilə yanaşı, yerli müəlliflərin kitabları da xüsusi yer tutacaq. Ziyarətçilər müxtəlif janrlarda nəşrlərlə tanış olmaq, yeni kitablar əldə etmək və yerli yazarların yaradıcılığını yaxından öyrənmək imkanı qazanacaqlar.
Üç gün ərzində davam edəcək sərginin əsas məqsədi kitab oxuma vərdişinin təşviqi, mütaliə mədəniyyətinin inkişaf etdirilməsi və müəlliflərlə oxucular arasında əlaqələrin gücləndirilməsidir.
Kitab sərgisinin rayon sakinləri və qonaqlar tərəfindən böyük maraqla qarşılanacağı gözlənilir. Ədəbiyyatın təbliğinə xidmət edən bu cür tədbirlər gənc nəslin maariflənməsində və milli mədəniyyətin inkişafında mühüm rol oynayır.
Təşkilatçılar bütün kitabsevərləri üç gün davam edəcək sərgini ziyarət etməyə və kitab bayramına qoşulmağa dəvət edirlər.
