Cəlilabad rayonunun dağlıq və sərhəd kəndlərində tərk edilmiş evlərin sayı artmaqdadır. Bir vaxtlar həyatın qaynadığı yaşayış məntəqələrində indi sakitlik hökm sürür.
Kövüzbulaq kəndi və ətraf ərazilərdə aparılan müşahidələr zamanı məlum olub ki, bir çox evlər uzun müddətdir istifadəsiz qalıb, kəndlərdə əhali sayında azalma müşahidə olunur.
Mütəxəssislər bu vəziyyəti əsasən miqrasiya, sosial-iqtisadi çətinliklər və iş imkanlarının məhdudluğu ilə əlaqələndirirlər.
Qeyd edək ki, sərhədin qarşı tərəfində yerləşən yaşayış məntəqələri ilə coğrafi oxşarlıq diqqət çəksə də, bölgədə insan amilinin azalması kənd həyatına ciddi təsir göstərir.
