İlkinxeber.az-ın məlumatına görə, hərəkətdə olan minik avtomobili qəfil olaraq idarəetmədən çıxıb və yol kənarında yerləşən fərdi yaşayış evinin divarına çırpılıb. Zərbənin güclü olması nəticəsində avtomobilə ciddi mexaniki ziyan dəyib.
Hadisə şahidlərinin bildirdiyinə əsasən, qəza anı ərazidə qısa müddətli təşvişə səbəb olub. Hadisə nəticəsində xəsarət alanlarla bağlı rəsmi məlumat açıqlanmayıb.
Əraziyə müvafiq qurumlar cəlb olunub və faktla bağlı araşdırma aparıldığı bildirilir.
