Ukrayna qüvvələrinin Krımla materik Ukrayna arasında yerləşən Çonqar körpüsünə zərbə endirdiyi bildirilir.
İLKİNxeber.az xəbər verir ki, bu barədə Ukraynanın Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko məlumat yayıb.
Onun sözlərinə görə, zərbə nəticəsində Çonqar körpüsü tamamilə sıradan çıxıb.
Qeyd edək ki, Çonqar körpüsü Krımla Ukraynanın əsas hissəsini birləşdirən ən vacib nəqliyyat marşrutlarından biri hesab olunur. Ukrayna tərəfi iddia edir ki, Rusiya ordusu hərbi texnika, silah və sursatların cəbhənin cənub istiqamətinə daşınmasında bu körpüdən geniş istifadə edib.
Hadisə ilə bağlı rəsmi qurumların əlavə açıqlamaları gözlənilir.
