Bakının Xətai rayonunda faciəli ölüm hadisəsi qeydə alınıb.
İLKİNxeber.az-ın əldə etdiyi məlumata görə, hadisə İ.İsmayılov küçəsi 52 ünvanında yerləşən yaşayış binasında baş verib.
Bakı şəhər sakini, 19 yaşlı Cavid Qabil oğlu Ağazadə doqquzmərtəbəli binanın sonuncu mərtəbəsindən yıxılıb. Gəncin həyatını xilas etmək mümkün olmayıb və o, hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır, hadisənin başvermə səbəbləri araşdırılır.
