Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
ilkinxeber.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Aeroport yolu istiqamətində qeydə alınıb.
Belə ki, Elvin Səfərlinin idarə etdiyi “Changan” markalı, 77-XV-884 dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən piyada Mübariz Salmanovu vurub.
Ağır xəsarətlər alan piyada hadisə yerində həyatını itirib.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
