ilkinxeber.az xəbər verir ki, 2026-cı ilin istehsalat təqviminə əsasən, iyun ayında ölkədə çalışanlar üçün iki dəfə ardıcıl 3 qeyri-iş günü formalaşacaq.
Belə ki, 15 iyun – Milli Qurtuluş Günü və 26 iyun – Azərbaycan Silahlı Qüvvələr Günü qeyri-iş günləri kimi qeyd olunur.
15 iyun bazar ertəsinə təsadüf etdiyindən həftəsonu (13–14 iyun) ilə birlikdə ardıcıl 3 gün istirahət imkanı yaranacaq. Eyni qayda ilə 26 iyun cümə gününə düşdüyü üçün həftəsonu (27–28 iyun) ilə birlikdə yenidən 3 günlük istirahət olacaq.
Ümumilikdə isə 5 günlük iş qrafikində çalışanlar iyun ayında həftəsonları da nəzərə alınmaqla 10 gün istirahət edəcəklər.
