Fövqəladə Hallar Nazirliyi bayram günlərində gücləndirilmiş rejimdə çalışıb
“İlkinxeber.az” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar vətəndaşların təhlükəsizliyinin təmin olunması, mühüm obyektlərin qorunması və fövqəladə hallara operativ reaksiya verilməsi məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Nazirliyin “112” qaynar xəttinə daxil olan müraciətlər əsasında FHN-in aidiyyəti qurumları bayram və qeyri-iş günləri ərzində ümumilikdə 221 yanğın hadisəsinə, 17 köməksiz vəziyyətdə qalma halına və 1 yol-nəqliyyat hadisəsi üzrə xilasetmə əməliyyatına cəlb olunub.
Görülən təcili və operativ tədbirlər nəticəsində yanğınların söndürülməsi və insanların təhlükəsiz şəkildə xilas edilməsi təmin edilib.
Ümumilikdə, bayram günləri ərzində FHN qüvvələri tərəfindən 1-i azyaşlı olmaqla 21 nəfər xilas olunub, 2 nəfər xəsarət alıb, 4 nəfərin isə meyiti aidiyyəti üzrə təhvil verilib.
