By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Reading: Damcıların arxasında gizlənən dərdlər, Saleh Seyfullayev
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Hesabınız var? Daxil ol
İzlə
© 2026 ilkinxeber.az
İLKİNXƏBƏR.AZ > Blog > Marağlı > Damcıların arxasında gizlənən dərdlər, Saleh Seyfullayev
Marağlı

Damcıların arxasında gizlənən dərdlər, Saleh Seyfullayev

Lamiyə Turqay
Last updated: İyun 6, 2026 5:50 səhər
By Lamiyə Turqay
3 Min Read
Share
SHARE

Bu gecə yağış yağdı,

Bu gecə göz qırpmadım.

Səhərəcən eyvandan

Boylandım Qarabağa…

Göy kişnədi durmadan,

İldırım Kəlbəcərin

Sinəsini dağladı.

Xankəndim dilə gəldi,

Sellər-sular çağladı.

Bu gecə yağış yağdı,

Yox, bu yağış deyildi,

Şuşam idi sevincdən

Səhərəcən ağladı…

Hönkürtüsün eşitdim,

Hayqırtısın eşitdim.

Otuz illik həsrətin

Qışqırtısın eşitdim.

Bu nə səs idi Allah,

Bu səs hardan gəlirdi?

Xocalım inləyirdi.

Arabir ildırım da

Ara verib susurdu.

Sanki Allahın özü

Bu səsi dinləyirdi.

Bu gecə yağış yağdı,

Bu gecə göz qırpmadım.

Səhərəcən eyvandan

Boylandım Qarabağa.

Dayandım yağış altda

Zülüm-zülüm ağladım.

Əsgərim səngərdədi

Mən necə arsız-arsız

Girim isti otağa?

Bu gecə göz qırpmadım,

Boylandım Qarabağa…

                                                Saleh Seyfullayev 

 

QAPI

Qapını döymək istəyirəm,

Əlim gəlmir necə döyüm?

Tutaq döydüm

anası açdı,

Necə deyim kiməm mən?

 

Necə deyim

Mən sənin əsgər oğlunla,

Mən sənin igid oğlunla,

Əsgərlikdə dost olmuşam

Necə deyim?

 

Deməzmi ki xoş gəlmisən,

Bəs oğlum niyə gəlmədi?

Deməzmi ki necə dostsan,

Mənim oğlum şəhid oldu,

Oğul, sən niyə ölmədin?

 

Deməzmi ki hər küləklə

Oğlumdan bir salam gəlsin.

Deməzmi ki sən qayıt get,

Qoy yerinə balam gəlsin?

 

Necə deyim qurban olum,

Necə deyim ağrın alım?

Necə deyim gəlmişəm ki,

Mən də sənin oğlun olum?

 

Axı necə qucaqlayım,

Əllərini öpüb gedim?

Qaysaqlanmış yarasına

Bir ovuc duz səpib gedim.

 

Yox qətiyyən, yox qətiyyən,

Mən bunu edə bilmərəm.

Bağışla dost, bir də heç vaxt

Mən sizə gedə bilmərəm…

Saleh Seyfullayev 

 

Yağış yağır pəncərədən baxıram,

Damcı-damcı yarpaqlardan süzülür.

İslaq-islaq pırpızlaşmış sərçələr,

Sıralanıb tel üstündə düzülür.

Hey baxıram təbim gəlmir nə yazım?

Söz vərəqə, vərəq sözə usanır.

Mən düşmüşəm romantika eşqinə,

Neçə evsiz çöldə qalıb islanır.

Bu yağışdan ilham alma şairim,

Bu yağışdan ilham almaq gərəksiz.

Neçə fəhlə bu gün işə getmədi,

Neçə ailə bu gün qaldı çörəksiz.

Bu yağışdan qorunmağa dünyada,

Nə yaxşı ki, yaxşı-yaman evlər var.

Yağış yağır ürəyimi dərd alır,

Neçə-neçə damı daman evlər var.

Ağlayıram evsizlərin halına,

Min dərdinin biri bizlə bölünməz.

Çıxım bir az bu yağışda gəzişim,

İslanaram ağladığım bilinməz…

         Saleh Seyfullayev

İlkin Şakiroğlu yazır- Hüzursuzluq: Səbəbi puldur, yoxsa səhv seçimlər?
Yerə təsir edən Günəş fırtınalarının sirri
3 İYUNDA ULDUZLAR BU 4 BÜRCÜN TƏRƏFİNDƏDİR – GÖZLƏNİLMƏZ XƏBƏRLƏR VAR
“Qarış Qarış Vətən” layihəsi 47-ci rayona çatdı
İlkin Şakiroğlu yazır: Etimadın çöküşü cəmiyyətin ən böyük faciəsidir
Share This Article
Facebook Email Print
Previous Article “Neftçi” klubunun sabiq prezidenti Sadıq Sadıqov vəfat edib.
Next Article Cəlilabadda polis 18 kiloqram narkotik aşkarladı, 2 nəfər saxlanıldı
2 Şərh
  • Saleh Seyfullayev dedi ki:
    İyun 6, 2026 tarixində, saat 6:16 səhər

    Təşəkkür edirəm

    Reply
    • Lamiyə Turqay dedi ki:
      İyun 8, 2026 tarixində, saat 5:05 axşam

      Buyurun. Şeirlərinizi paylaşmaq bizim üçün xoşdur. Oxucuların da böyük maraq göstərdiyini görürük. Yaradıcılığınızda uğurlar arzulayırıq!

      Reply

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Xəbər Lenti

Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib
Hadisə
Azərbaycanda maliyyə nazirinə yeni müavin təyin edilib
Ölkə
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Dünya
İlham Əliyev FİFA U15 Dünya Çempionatının finalını izləyir
İdman
Cəlilabadda zəncirvari yol qəzası: Xəsarət alanlar var
Hadisə
Prezident kənd təsərrüfatı sahəsində fərqlənən şəxsləri təltif etdi
Ölkə
Bakı–Balakən–Bakı qatarlarının hərəkəti bərpa edilir
Ölkə
Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edilib
Ölkə
Türkiyədə Azərbaycana qarşı yeni ittihamlar səsləndirilib
Dünya
Azərbaycan qazı 16 ölkəyə ixrac olunur – Əli Əsədov
Dünya
Bakıda 111 ev sökülüb: Yeni dəmir yolu xətti üzrə 4 stansiya tikiləcək
Ölkə
Salyanda məktəb binasına “Molotov kokteyli” atan şəxslər həbs olunub
Hadisə
Vüqar Əhmədov iqtisadiyyat nazirinə müşavir təyin olunub
Ölkə
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb
Ölkə
Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü həbs edilib
Hadisə
//

İlkinxeber.az – 2026-cı ildə təsis olunub, Azərbaycanda və Dünyada baş verən hadisələr barədə operativ məlumat verir.

Təsisçi – İlkin Şakiroğlu

© 2026 İlkinxeber.az-Bütün hüqüqlar qorunur Adı: İLKİN MEHTİYEV ŞAKİR oğlu VÖEN: 8301105282 Məsul redaktor - LAMİYƏ HƏSƏNOVA MƏHƏMMƏD qızı Domen adının sahibi - HAMİD BABAŞOV İBRAHİM OĞLU Ünvan: Cəlilabad rayon, Heydər Əliyev prospekti 321B
Welcome Back!

Sign in to your account

İstifadəçi adı və ya Email
Parol

Parolu unutmusuz?