İLKİNxeber.az xəbər verir ki, yeraltı təkanlardan sonra ölkədə sunami təhlükəsi elan olunub.
Məlumata görə, zəlzələnin episentri Heneral Santos şəhərindən təxminən 51 kilometr məsafədə yerləşib. Təxminən 679 min nəfərin yaşadığı şəhərə yaxın ərazidə baş verən təbii hadisənin ocağı Yer səthindən 10 kilometr dərinlikdə müəyyən edilib.
İlkin məlumatlara əsasən, zəlzələ nəticəsində azı 3 nəfər həyatını itirib, 5 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə bir sıra infrastruktur obyektlərinə ziyan dəydiyi, bəzi binaların isə tamamilə dağıldığı görünür.
Hazırda aidiyyəti qurumlar hadisə bölgəsində qiymətləndirmə və xilasetmə işlərini davam etdirir.
