Bakının Binəqədi rayonunda faciəvi hadisə baş verib.
İLKİNxeber.az-ın əldə etdiyi məlumata görə, paytaxtın 9-cu mikrorayon ərazisində yerləşən mənzillərdən birində 13 yaşlı Kamran Abıyev və atası Əbülfəz Abıyevin meyitləri aşkarlanıb.
İlkin ehtimala əsasən, ata və oğul mənzildə baş verən qaz sızması nəticəsində zəhərlənərək həyatlarını itiriblər.
Hadisə ilə bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır. Ölümün dəqiq səbəbi keçiriləcək ekspertizaların nəticəsindən sonra məlum olacaq.
Qeyd edək ki, Kamran Abıyev Nəsimi rayonu 247 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi olub.
Faktla bağlı araşdırmalar davam edir.
