Azərbaycanda ümumtəhsil müəssisələrində “TikTok” platformasına giriş məhdudlaşdırılıb.
İLKİNxeber.az xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, eləcə də Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov məlumat verib.
Nazir müavininin sözlərinə görə, məktəblərdə internetdən istifadə ilə bağlı ümumi məhdudiyyətlər tətbiq olunub. O bildirib ki, təhsil müəssisələrində terrorizmlə bağlı məzmunlar da daxil olmaqla 200-dən artıq riskli və təhlükəli mövzu üzrə internet resurslarına çıxış bloklanıb.
Qeyd olunub ki, bu addımlar şagirdlərin təhlükəsiz informasiya mühitində təhsil almasını təmin etmək məqsədi daşıyır.
