Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın sentyabr ayında Nyu-Yorkda görüşü planlaşdırılır.
ilkinxeber.az informasiya agentliyinin məlumatına görə, bu barədə Ararat Mirzoyan “Azadlıq Radiosu”na açıqlamasında bildirib.
Ermənistanın xarici işlər naziri qeyd edib ki, görüş BMT Baş Assambleyasının sessiyası çərçivəsində keçiriləcək.
Xatırladaq ki, BMT Baş Assambleyasının 81-ci sessiyası sentyabrın 8-də təşkilatın Nyu-Yorkdakı mənzil-qərargahında işə başlayıb.
