By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Reading: İlkin Şakiroğlu: Mətbuatın əvəzsiz ƏVƏZİ
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Hesabınız var? Daxil ol
İzlə
© 2026 ilkinxeber.az
İLKİNXƏBƏR.AZ > Blog > Ölkə > İlkin Şakiroğlu: Mətbuatın əvəzsiz ƏVƏZİ
Ölkə

İlkin Şakiroğlu: Mətbuatın əvəzsiz ƏVƏZİ

Lamiyə Turqay
Last updated: Sentyabr 28, 2026 3:50 axşam
By Lamiyə Turqay
2 Min Read
Share
SHARE

Jurnalistikada elə imzalar var ki, həmin imzanı yazının altında görəndə müəllifin kim olduğunu ayrıca düşünməyə ehtiyac qalmır. Çünki o imza artıq öz sözünü deyib. Əvəz Zeynallının imzası da belə imzalardandır.

Əvəz Zeynallı jurnalistikaya yalnız xəbər yazmaq, müsahibə götürmək, gündəmi izləmək üçün gələn jurnalistlərdən olmadı. Onun üçün jurnalistika mövqe idi. Sözün arxasında dayanmaq, cəmiyyətin görmək istəmədiyi məsələləri gündəmə gətirmək və sual vermək məsuliyyəti idi.

Jurnalist üçün ən çətin məqam yazmaq deyil. Yazdığının arxasında dayanmaqdır. Çünki yazdığın söz kiminsə xoşuna gəlməyə bilər, kiminsə marağına toxuna bilər, hətta sənə qarşı münasibəti dəyişə bilər. Əvəz Zeynallının jurnalist obrazında diqqət çəkən əsas cəhətlərdən biri də məhz bu mövqe idi.

O, mətbuatı sadəcə informasiya ötürən vasitə kimi görmürdü. Mətbuatın cəmiyyət qarşısında məsuliyyət daşıdığına inanırdı. Jurnalistin işi yalnız baş verənləri yazmaq deyil, həm də sual verməkdir. Niyə belə oldu? Kim məsuliyyət daşıyır? Vətəndaşın haqqı harada qaldı? Bu suallar jurnalistikanın mahiyyətidir.

Bu gün onun haqqında danışarkən keçmiş zamanda danışırıq. Amma jurnalistikanın qəribə bir xüsusiyyəti var. Jurnalist həyatda olmadığı halda onun yazdığı sözlər yaşaya bilir. Çünki həqiqət bir insanın ömrü ilə bitmir.

Əvəz Zeynallının adı da Azərbaycan jurnalistikasında yalnız bir şəxsin adı kimi qalmayıb. O ad müəyyən bir jurnalistlik anlayışını xatırladır. Söz deməkdən çəkinməmək, mövqeyini gizlətməmək və mətbuatın cəmiyyət üçün nə qədər vacib olduğunu unutmamaq.

Məncə, jurnalistin ən böyük mirası onun yazdığı məqalələrin sayı deyil. Ondan sonra gələn jurnalistlərə qoyduğu ölçüdür. Əgər bir jurnalist özündən sonra gələnlərə “sözün də məsuliyyəti var” düşüncəsini ötürə bilibsə, deməli, onun gördüyü iş kağız üzərində qalmayıb.

Əvəz Zeynallı da bu baxımdan Azərbaycan mətbuatında öz yerini çoxdan müəyyənləşdirib.

Jurnalistikada əvəzlənən və əvəzlənməyən şeylər var. İnsan gedir, redaksiya dəyişir, qəzet bağlanır, sayt yenilənir. Amma bir jurnalistin yaratdığı məktəb, formalaşdırdığı mövqe və cəmiyyətə dediyi söz qalır.

Əvəz Zeynallının ƏVƏZsizliyi də elə bundadır.

Azərbaycan Türkmənistana “Dostluq” tankerini hədiyyə etdi:
Müəllim və şagirdlərin geyimi ilə bağlı yeni tələblər qanuniləşdirilir
Kiberpolis böyük şəbəkəni ifşa etdi
Ramiz Mehdiyevə hökm oxundu: diqqətçəkən detallar
Azərbaycanda səhiyyə və sosial sahədə yeni Agentlik yaradıldı
Share This Article
Facebook Email Print
Previous Article Qızılın qiyməti 4 150 dollardan aşağı düşüb
Next Article İran “Nüvə silahının yayılmaması haqqında” müqavilədən çıxmağa hazırlaşır
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Xəbər Lenti

Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib
Hadisə
Azərbaycanda maliyyə nazirinə yeni müavin təyin edilib
Ölkə
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Dünya
İlham Əliyev FİFA U15 Dünya Çempionatının finalını izləyir
İdman
Cəlilabadda zəncirvari yol qəzası: Xəsarət alanlar var
Hadisə
Prezident kənd təsərrüfatı sahəsində fərqlənən şəxsləri təltif etdi
Ölkə
Bakı–Balakən–Bakı qatarlarının hərəkəti bərpa edilir
Ölkə
Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edilib
Ölkə
Türkiyədə Azərbaycana qarşı yeni ittihamlar səsləndirilib
Dünya
Azərbaycan qazı 16 ölkəyə ixrac olunur – Əli Əsədov
Dünya
Bakıda 111 ev sökülüb: Yeni dəmir yolu xətti üzrə 4 stansiya tikiləcək
Ölkə
Salyanda məktəb binasına “Molotov kokteyli” atan şəxslər həbs olunub
Hadisə
Vüqar Əhmədov iqtisadiyyat nazirinə müşavir təyin olunub
Ölkə
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb
Ölkə
Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü həbs edilib
Hadisə
//

İlkinxeber.az – 2026-cı ildə təsis olunub, Azərbaycanda və Dünyada baş verən hadisələr barədə operativ məlumat verir.

Təsisçi – İlkin Şakiroğlu

© 2026 İlkinxeber.az-Bütün hüqüqlar qorunur Adı: İLKİN MEHTİYEV ŞAKİR oğlu VÖEN: 8301105282 Məsul redaktor - LAMİYƏ HƏSƏNOVA MƏHƏMMƏD qızı Domen adının sahibi - HAMİD BABAŞOV İBRAHİM OĞLU Ünvan: Cəlilabad rayon, Heydər Əliyev prospekti 321B
Welcome Back!

Sign in to your account

İstifadəçi adı və ya Email
Parol

Parolu unutmusuz?